Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 22:36
"Yuventus"un futbolçuları Daniel Ruqani və Blez Matyuidi koronavirusa qalib gəlib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, hər iki oyunçu növbəti dəfə koronavirus üçün testdən keçib. Testlərin nəticələri mənfi olub.
Onlar xəstəxanadan buraxılsalar da, evlərində karantində qalacaqlar.
Qeyd edək ki, "Yuventus"un daha bir futbolçusu Paulo Dibala da koronavirusa yoluxub.