Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı hakim koronavirusa yoluxdu

Azərbaycanlı hakim koronavirusa yoluxdu

Tarix: 16 Aprel 2020 09:32

Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkdiyi üçün Karabükdəki xəstəxanada tibbi müayinədən keçib. Onun testinin nəticəsi pozitiv çıxıb.

Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer bildirib ki, referi müalicə üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. 


Etiketlər:  Azərbaycanlı hakim koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ