Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

Tarix: 16 Aprel 2020 20:46

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edildi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.

Hazırda müraciətlərin emalı davam edir.


Etiketlər:  şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ