Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 23:32
Futbol üzrə Çempionlar Liqasının final oyunu avqustun 29-da keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.
Hazırda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa kuboku turnirlərinin oyunlarını koronavirus pandemiyası səbəbindən təxirə salıb, əksər Avropa ölkələrinin milli çempionatlarında, eləcə də milli komandaların oyunları keçirilmir.
Çempionlar Liqası 1/8 final mərhələsində dayandırılıb, 1/4 final iştirakçılarının yalnız yarısı müəyyənləşə bilib. Final matçı mayın 30-da İstanbulda (Türkiyə) keçirilməli idi. UEFA 1/4 finalın ilk oyunlarını 28-29 iyulda keçirməyi planlaşdırır, turnirin qalan hissəsi avqustda başa çatmalıdır. Avropa Liqasının finalı avqustun 26-na təyin olunub.