Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə: ''Koronavirusdan ''korova'' olaraq çıxmaq istəmirəm''

Dilarə: ''Koronavirusdan ''korova'' olaraq çıxmaq istəmirəm''

Tarix: 17 Aprel 2020 19:55

"Evdə "beqavoy dorojkam" var, gün ərzində 2 saat onun üstündə qaçıram. Çünki evdə qalanda ən böyük əyləncə yeməkdir. Bu koronavirusdan "korova" olaraq çıxmaq istəmirəm".

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində deyib.

Aktrisa karantin günlərində xarici görünüşünə qətiyyən fikir vermədiyini, hətta saçını belə daramadığını etiraf edib:

"Martın 14-dən evdəyəm, inanırsız, heç eyvana da çıxmamışam. Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Sizdən xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Makiyaj-falan. Deməli, mənim bəzənməyim üçün auditoriya lazım imiş".

Milli.Az


Etiketlər:  Dilarə Koronavirusdan korova olaraq çıxmaq istəmirəm


RƏYLƏR