Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA Avro-2020 ilə bağlı UEFA-ya təsdiq göndərdi

AFFA Avro-2020 ilə bağlı UEFA-ya təsdiq göndərdi

Tarix: 17 Aprel 2020 22:32

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar Avro-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

AFFA-nın məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlərin aprelin 30-dək UEFA-ya göndəriləcəyi qeyd olunub.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda Avro-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Milli.Az


Etiketlər:  AFFA Avro 2020 ilə bağlı UEFA ya təsdiq göndərdi


RƏYLƏR