Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara zirə ilə illərin öskürəyindən necə xilas oldu? - Eksperiment

Qara zirə ilə illərin öskürəyindən necə xilas oldu? - Eksperiment

Tarix: 20 Aprel 2020 23:36

Rusiyada məscidlərdən birinin axund imamının tövsiyə etdiyi bir resept qısa müddətdə bir çox kanallarda yayıldı və uzun müddət öskürəkdən əziyyət çəkən insanların marağına səbəb oldu.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, axund aylarla əziyyət çəkdiyi öskürəkdən qara zirə yağı ilə müalicə metodunu açıqlayıb. Halbuki buna qədər o həkim müalicəsindən də keçmişdi və sağala bilməmişdi.

Onun öskürəkdən başqa digər simptomu yox idi: nə qızdırma, nə bəlğəm.
Rentgen pnevmoniya da göstərmirdi.

Diaqnozu allergiya fonunda,astmaya doğru gedən bronxit idi.

İnhalyasiya, siroplar, dərmanlar, bitkilər hər şeyi sınamışdı.

Öskürək tutma şəklində quru idi. Öskürək yatmağa imkan vermirdi, ona görə çox vaxt oturaq vəziyyətdə yatmalı olurdu. Getdikcə qulaqlarında zəng, kuy səsi gəlirdi.

Cümə namazında dostlarından biri qara zirəni yadına salır. Məhəmməd peyğəmbər demişdi: "Qara zirə ölümdən başqa hər şeyə dərmandır".

Necə istifadə etdi:

Bir xörək qaşığı qara zirə toxumunu ağzında 5 dəqiqə saxlayır, daha sonra onu tüpürüb atırdı. Gün ərzində də 1 qaşıq yağından içirdi.

3 gün sonra axund səhər oyananda öskürəyin olmadığının fərqinə varır.
Axşam olur, yatır, öskürək yox.

Axund 10 gün bu metoda davam edib. O həmçinin qara zirə toxumu qaynadılmış suda inhalyasiya etmək və onunla nəfəs almaq belə öskürəyi kəsir və insan rahat nəfəs alır.


Etiketlər:  Qara zirə ilə illərin öskürəyindən necə xilas oldu Eksperiment


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ