Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azəriqaz”: İlin 3 ayı ərzində qeydə alınan abonentlərin sayı 20 mini ötüb

“Azəriqaz”: İlin 3 ayı ərzində qeydə alınan abonentlərin sayı 20 mini ötüb

Tarix: 20 Aprel 2020 23:40

İlin 3 ayı ərzində qeydə alınan abonentlərin sayı 20 mini ötüb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sonxeber.net-a məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin mart ayı ərzində İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb. Bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3 486, regionlar üzrə isə 1 649 abonent daxildir.

2020-ci ilin ilk 3 ayı ərzində isə (yanvar, fevral və mart) əhali sektoru üzrə 23 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.


Etiketlər:  Azəriqaz İlin ayı ərzində qeydə alınan abonentlərin sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ