Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Niyə də olmasın?'' - Mourinyodan Portuqaliya millisi cavabı

''Niyə də olmasın?'' - Mourinyodan Portuqaliya millisi cavabı

Tarix: 21 Aprel 2020 11:12

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo ölkəsi Portuqaliya millisini çalışdırmaq variantı haqda danışıb.

Qol.az xəbər verir ki, o, "Fox Sports"a müsahibəsində bu variantı istisna etməyib: "2004-cü ildə Portuqaliyadan ayrıldım və geri qayıtmadım. Bilirəm ki, çoxları bir gün Portuqaliya millisinə rəhbərlik edəcəyimi gözləyir.

Hələlik buna dəqiq cavab verə bilmirəm, amma niyə də olmasın? 57 yaşım var, məşqçi üçün hələ gəncəm. Mən illərdir zirvədəyəm və hələ də yorulmamışam.

İndi çətin bir dövrü keçirəm və koronavirus səbəbiylə evdə qalmaqdan yoruldum ".

Qeyd edək ki, Mourinyo məşqçi karyerasına 1987-ci ildə başlayıb. O, 9-u baş məşqçi olmaqla ümumilikdə 13 klubda işləyib.

 


Etiketlər:  Niyə olmasın Mourinyodan Portuqaliya millisi cavabı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ