Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Expedia'' payını 1 milyard dollara satır

''Expedia'' payını 1 milyard dollara satır

Tarix: 22 Aprel 2020 06:40

Bakı. Trend:

ABŞ-ın Sietl (Vaşinqton ştatı) şəhərində baş ofisi olan "Expedia" turist şirkəti yeni növ koronavirusun yayılması səbəbiylə qoyulan məhdudiyyətlər ləğv edilməyincə, iqtisadi vəziyyətini qorumaq üçün təxminən 1 milyard dollara olan payını satmaq barədə danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" amerikan qazetinin elektron versiyasında xəbər yayılıb.

Məlumata görə, "Expedia" qısa müddətdə dəyərli satış səhmlərini aktivlərin idarə edilməsi şirkətləri olan "Silver Lake" və "Apollo Global Management"ə təqdim etməyi planlaşdırır. Turist korporasiyası bu şəkildə təxminən 1 milyard dollar həcmində əlavə vəsait cəlb edəcəyini gözləyir.

"Expedia" aviabiletlər, otel otaqları və avtomobilləri onlayn sifariş etmək üzrə ixtisaslaşmış "Travelocity", "Orbitz" və "Vrbo" brendlərinin operatorudur. Pandemiya dünyada sərnişin axınının 95 faiz azalmasına və əksər otellərin fəaliyyətinin tamamilə dayandırılmasına səbəb oldu. Qəzetin məlumatına görə, ötən il gəlirləri 12 milyard dollar təşkil edən "Expedia"nın borcu hazırda 4 milyard dollardan çox olduğu halda 3 milyard dollarda yaxın likvid aktivi var.


Etiketlər:  Expedia payını milyard dollara satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ