Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin futbolçuları karantin günlərini necə keçirirlər?

Millimizin futbolçuları karantin günlərini necə keçirirlər?

Tarix: 23 Aprel 2020 18:40

Milli komandamızın bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıb.

Sonxeber.net AFFA-nın rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: "Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır - uşaqlarımla oynaya bilirəm".

Komandamızın digər qapıçısı Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim".

Millimizin hücumçusu Ramil Şeydayev də əsasən idman etdiyini, formasını qorumağa çalışdığını deyib: "Filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".

Digər hücumçumuz Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.


Etiketlər:  Millimizin futbolçuları karantin günlərini necə keçirirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ