Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 19:40
Rejissor Aqil M.Quliyev "Bəyaz həyat" serialı haqda maraqlı açıqlamalar verib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, rejissor "5/5" verilişində ssenarinin çox açıq-saçıq olduğunu söyləyib. O bildirib ki, indi həmin mövzuda ekran işini heç bir kanal qəbul etmir:
"Bəyaz həyat"ın uğuru başqa məqamlarla bağlıdır. İndiki qanunlarla onu telekanalda yayımlamazdılar. Ancaq onlayn ola bilərdi. Açıq mövzular, səhnələr, obrazlar var idi. Mənim oradakı obrazım olan ssenarini indi heç bir kanal qəbul etməz".