Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus allergiyası olan uşaqlara belə təsir edir - Həkim açıqlaması

Koronavirus allergiyası olan uşaqlara belə təsir edir - Həkim açıqlaması

Tarix: 23 Aprel 2020 21:36

ABŞ-dakı Milli Səhiyyə İnstitutunda allergiya və immunologiya sahəsində çalışan həkim Akgül Akpınarlı Antoni COVID-19-un allergiyası olan uşaqlara təsirini öyrənib.

Akgül allergiyası olan uşaqların koronavirusla bənzər simptomlar göstərməsinin ailələri təşvişə saldığını vurğulayıb.

Mütəxəssis yeni tip koronavirus epidemiyasının allergiyası olan uşaqlar üçün xüsusi risk daşımadığını açıqlayıb:

"Lakin hər kəs kimi allergiyası olan uşaqlar və ailələrinin də COVID-19-dan qorunması, məcburiyyət olmadıqca evdə qalmaları, küçədə mütləq şəkildə maska və əlcək taxmaları, əl təmizliyinə diqqət göstərmələri gərəkdir".

"Allergik simptomlar COVID-19 simptomları ilə müqayisədə, daha yüngül olur. Allergik xəstələrdə vəziyyətin proqressiv şəkildə pisləşməsi olmur. Ümumi vəziyyətləri yaxşı olur.

Allergiyası olan uşaqların iştahı və yuxusu hər zamankı kimi qalır. Hamısından önəmlisi isə odur ki, mövsümi allergiyalarda temperatur olmur".


Etiketlər:  Koronavirus allergiyası olan uşaqlara belə təsir edir Həkim açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ