Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edildi

Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edildi

Tarix: 24 Aprel 2020 10:06

Bakı. Trend:

Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37515 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Etiketlər:  Karantin rejimini pozan daha sürücü inzibati məsuliyyətə cəlb edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ