Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vergi güzəştləri sərnişin daşımaları sahəsində sabitliyə müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq''

''Vergi güzəştləri sərnişin daşımaları sahəsində sabitliyə müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq''

Tarix: 24 Aprel 2020 10:56

Bu gün dövlətimizin əsas məqsədi koronavirus pandemiyasının ölkədəki vəziyyətə təsirini yumşaltmaqdır və vaxtlı-vaxtında atılan addımlar sahibkarlar üçün müsbət nəticələr verə bilər.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə avtomobil eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Bakıda taksi operatorları 18 manat vergi və 62,5 manat sosial sığorta qismində ödəmələr edir. Onların vergi və sosial yükü ümumilikdə 80,5 manat təşkil edir. Aprelin 4-də edilmiş dəyişikliklərdən sonra bu şəxslər vergi qismində 9 manat, sosial sığorta qismində 30 manat ödəyəcək və ümumi vergi və sosial sığorta yükü 51,5 faiz, və ya 39 manat azalacaq:

"Ümid edirəm ki, pandemiyadan ən çox zərər çəkmiş sahələrdə işləyən sahibkarlıq subyektləri üçün bu cür vergi güzəştlərinin tətbiq olunması sərnişin daşımaları ilə məşğul olan təşkilat və fiziki şəxslər üçün real dəstək olacaq. Pandemiya dövründə ən çox zərər çəkmiş sahələrdən biri sərnişin daşımaları və avtomobil nəqliyyatı sektorudur. Əlbəttə, vergi və sosial güzəştlərin azaldılması bu sektora müsbət təsir göstərəcək. Güzəşt proqramı sərnişin daşımaları sahəsində rəqabətə təsir göstəməyəcək, eyni zamanda dayanıqlılığa müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq".


Etiketlər:  Vergi güzəştləri sərnişin daşımaları sahəsində sabitliyə müsbət təsir göstərəcək böhranın qarşısını alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ