Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 14:40
İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem Lionel Messi barədə danışıb.
Sonxeber.net Kaspi.az xəbər verir ki, Bekhem Leonun futbol meydançasında onu aldatmasından sonra karyerasını bitirmək istədiyini etiraf edib. 2012/2013 mövsümündə PSJ ÇL-in 1/4 finalında "Barselona" ilə qarşılaşıb. Bekhem həmin oyunları belə xatırlayır:
"Səfər qarşılaşmasında hesabda öndə idik. Sonra meydana Messi çıxdı və "Barselona" dərhal qol vurdu. Yaşımın çox olmasına baxmayaraq, oyundan zövq almağa çalışırdım.
Komandamız da özünü yaxşı tərəfdən göstərdi, hər iki qarşılaşmada "Barselona"ya məğlub olmadıq. Amma ola bilsin ki, məhz Messi məni aldadıb yanımdan sürətlə keçəndə qərar verdim ki, karyeramı bitirməliyəm".
Bekhem karyerasını 2013-ci ilin mayında bitirib.