Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 15:12
Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar.
Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşlığı olmayan şəxsdən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və ya qaçqın statusu verilməsi, habelə müvəqqəti olma müddətinin uzadılması üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri tələb edəcək.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.