Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 16:46
Karantin rejimi qaydalarının tətbiq olunmasından sonra avtomobillərin küçələrdə hərəkətinə məhdudiyyət təbiq edildi və minik avtomobillərinin sahibləri öz maşınlarını binaların həyətində, yollarda park etdilər. Nəticədə su hidrantlarının eləcə yanğın anbarlarının qarşısı kəsildi.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Mövcud problemlə ilə bağlı Fövqəladə hallar Nazirliyi əhaliyə müraciət etməli oldu ki, bu məsələyə həssas yanaşılısın.
Elçin Xankişiyev - FHN-nin şöbə rəisi: "Bəzən bir dəqiqə gecikmə arzuolunmaz nəticəyə gətirib çıxara bilər. İri qabaritli maşınların yolun hərəkət hissəsindən keçməsində, manevr etməsində və şəxsi heyyətin döyüş tapşırığının icra olunmasında maneələr yaradırdı. Danışdığımız bu parklanma məsələsi hazırda bir az da çətinləşib".
Binaların, yaşayış komplekslərinin həyətlərində sıxlıq pandemiyadan əvvəl də olub, indi də var, sabah da olacaq. Ekspertlər deyir ki, binaların tikintisinə başlanmazadan əvvəl ilk bu məsələ qabardırmalıdır. Eyni zamanda sosial məsuliyyət də vacibdir ki, bu da vətəndaşdan asılıdır.
Cahid Həsənov - Memar: "Xüsusi dayanacaqlar bina tikintisindən öncə hazırlanmalıdır. Fövqəladə hallarda binaya rahat giriş və çıxışın təmin edilməsi üçün bu kimi hallara diqqət yetirilməlidir".
Elmar Nurəliyev - Ekspert: "Evdə qalan insanlar avtomobillərini park edərkən məhəllədə elə bir yer seçməlidir ki, bu hidrantların , su çənlərinin, yəni binaların girişinə maneçilik törətməsin. Əks halda hər hansı bir fövqəladə hal baş verərsə, bu faciəyə yol aça bilər".
Hidrantlardan su çəkmək biraz asan ola bilər. Amma bunu yanğın su hövuzları üçün demək çətindir.Çünki hovuzlar binaların həyətində salınır. Ətrafında avtomobillar saxlandıqda, 8-10 metrlik maşının ora daxil olmasında problem yaranır.
Elçin Xankişiyev - FHN-nin şöbə rəisi: "Yanğın su hovuzunun ətrafında mütləq boş sahə qalsın. Ən azından yanğın avtomobili orda manevr edib, su götürə bilsin".
İstənilən halda, təhlükəsizlik hər şeydən vacibdir. İstər virus olsun, istər təbii fəlakət, istərsə də hadisə... Yetər ki, hazırlıqlı və ehtiyyatlı olmağı bacarasan...