Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 21:12
Feysbuk tərəfindən Hindistan mobil operator şirkətinə təxminən 6 milyard dollar sərmayə yatırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk Hindistanın İnternet Şirkəti olan Reliance Jio-ya 5,7 milyard dollar sərmayə qoyduğunu elan edib.
Beləliklə, platforma rəhbərliyi Hindistan bazarının inkişafına nail olmaq istəyir. Sosial şəbəkə, 9,99% payı ilə Reliance Industries-in telekommunikasiya bölməsinin ən böyük minoritar səhmdarı olacaq.
Məlumat üçün bildirək ki, Jio Platforms Hindistanın ən böyük telekommunikasiya operatorudur. Şirkət ölkənin ən varlı adamı, milyarder Mukeş Ambaninin sahibi olduğu Reliance Industries şirkətinə məxsusdur.
Qeyd edək ki, Hindistan hazırda Feysbukun ən böyük bazarlarından biridir. WhatsApp messenger istifadəçilərinin 400 mini hindistanlıdır.