Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə daha 1411 vətəndaşını xaricdən təxliyə edib

Türkiyə daha 1411 vətəndaşını xaricdən təxliyə edib

Tarix: 26 Aprel 2020 07:48

Bakı. Trend:

Türkiyə yeni koronavirusun yayılması ilə əlaqədar olaraq səkkiz ölkədən 1411 vətəndaşını təxliyə edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Twitter" səhifəsində xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Nazir müavini vətəndaşların ABŞ, Cibuti, Efiopiya, Qana, Mavritaniya, Nigeriya, Seneqal və Somalidən doqquz reyslə vətənə göndərildiyini qeyd edib.

Qeyd edək ki, koronavirusun yeni növü (Covid-19) ilk dəfə 12 dekabr 2019-cu ildə Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilib və qısa müddət ərzində digər şəhər və ölkələrə yayılmışdır.


Etiketlər:  Türkiyə daha 1411 vətəndaşını xaricdən təxliyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ