Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə də çempionatı erkən başa vurdu – Rəsmi qərar

Bu ölkə də çempionatı erkən başa vurdu – Rəsmi qərar

Tarix: 26 Aprel 2020 12:16

Meksika Futbol Federasiyası 2019/20 mövsümünün vaxtından əvvəl başa vurulması ilə bağlı qərar verib.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytı bu haqda qərarın koronavirus pandemiyasına görə qəbul edildiyini açıqlayıb.

Ölkədə həvəskarlar da daxil olmaqla bütün liqalarda yarışlar vaxtından əvvəl yekunlaşdırılıb. Həmçinin növbəti altı mövsüm üçün liqalarda komandaların sayının artırılması və azaldılması dayandırılıb.

Xatırladaq ki, daha əvvəl Niderlandda çempionatın erkən yekunlaşdırılması barədə qərar verilib.

 


Etiketlər:  ölkə çempionatı erkən başa vurdu Rəsmi qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ