Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerye ''Qarabağ''dan getdi

Gerye ''Qarabağ''dan getdi

Tarix: 3 Iyun 2019 17:04

“Qarabağ”ın müdafiəçisi Donald Gerye “Qarabağ”dan ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə haitili futbolçu “İnstaqram” hesabında məlumat verib. “Burada olmaq xoş idi. Hər şey üçün təşəkkürlər” yazan 30 yaşlı futbolçu Ağdam təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ildən “Qarabağ”da çıxış edən Geryenin klubla müqaviləsi bu mövsümün sonunda başa çatmışdı. Klub rəhbərliyi müdafiəçiyə yeni sözləşmə təklif etsə, o, daha artıq pul istədiyindən tərəflər razılığa gələ bilməyib.

 

 


Etiketlər:  Gerye Qarabağdan getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ