Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 19:45
Müğənni Nazənin əməliyyat olunub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Bizimləsən" verilişinə xəstəxanadan videogörüntü ilə zəng edib. İfaçı əməliyyat olunmasının səbəbini gizlətməyə çalışıb. O bildirib ki, qarnında yırtıq var idi və həkim aradan qaldırıb.
Aparıcı Zaur Baxşəliyyet isə Nazənindən həkiminin adını soruşub. Daha sonra bəlli olub ki, müğənni plastik əməliyyat etdirib. Bildirilib ki, sənətçi abdominoplastika ilə (qarın gərmə əməliyyatı) artıq çəkidən xilas olub.