Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot müalicə edir

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot müalicə edir

Tarix: 28 Aprel 2020 22:12

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Tibb Mərkəzində koronavirusa yoluxmuş xəstələrin müalicəsində həkim-robotdan istifadə olunur.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən robot analiz aparır və koronavirus xəstələri ilə təmasda olmuş insanlara diaqnoz qoyur.

Krallığın Səhiyyə Nazirliyinin rəsmiləri hesab edirlər ki, həkim-robotun sayəsində xüsusi qoruyucu geyimlərdən istifadə edən tibb personalı, habelə müayinəyə gələnlər arasında təhlükəli virusun qarşısını almaq mümkün olacaq.

Tibb Mərkəzinin rəhbəri Xalid Əl-Cumali bildirib ki, həkim-robot stetoskop, otoskop aparatları, göz kamerası və həssas linzaların köməyilə dərini analiz edən xüsusi kamera ilə təchiz olunub.

Robot, həmçinin həkim və tibb bacılarının istifadə etdikləri ləvazimatları daşıyır, pasiyentlərə məsləhətlər verir, radioqrafiya görüntüləri çıxarır və onları xəstələrin smartfon əlavəsinə göndərir.

Əl-Cumali əlavə edib ki, bu yüksək texnologiya sayəsində xəstələrə göstərilən xidmətin keyfiyyəti və sürəti artıb. Belə ki, robot karantin palatalarına daxil olur və oranı tərk etdikdə dezinfeksiya işləri aparır.


Etiketlər:  Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot müalicə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ