Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oqtay Şirəliyev: Türkdilli dövlətlərin Səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq

Oqtay Şirəliyev: Türkdilli dövlətlərin Səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq

Tarix: 28 Aprel 2020 22:18

Bakı. Afaq Rza - Trend:

Türkdilli dövlətlərin Səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq.

Trend-in məlumatına görə, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bu gün baş tutan Türkdilli dövlətlərin səhiyyə nazirlərinin görüşü haqqında məlumat verib. O bildirib ki, bu görüşdəki müzakirələr böyük əhəmiyyətə malikdir:

"Bildiyiniz kimi, İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Bu görüşdə Prezident İlham Əliyevin təklifi idi ki, həmin ölkələrin Səhiyyə nazirləri də videokonfransla görüşərək pandemiya ilə bağlı öz fikirlərini bölüşsünlər. Çox qısa vaxtda ölkələrlə əlaqə saxlanıldı və bu fikir həmin ölkələr tərəfindən də məmnuniyyətlə dəstəkləndilər. Bu gün görüş baş tutdu. Görüşdə Türkdilli dövlətlərin səhiyyə rəhbərləri ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu direktoru Hans Klüqe də iştirak edib. O, Azərbaycanda dəfələrlə olub və vurğulayıb ki, Azərbaycan Prezidentinin səhiyyəyə olan dəstəyinin şahidi olub. Bu dəstəyin nəticəsində səhiyyənin burada gözəl infrastrukturu var, eyni zamanda güclü, çevikdir".

Oqtay Şirəliyev qeyd edib ki, görüş maraqlı keçib və müzakirələr zamanı suallar olduqca çox idi. Bundan əlavə yeni qərarlar qəbul edildi:

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dediyi kimi, baxmayaraq ki, bu qədər informasiya bolluğu var, amma suallar cavablardan daha çoxdur. İlk növbədə bütün iştirakçıları maraqlandıran sual epidemiyanın qarşısının bizim ölkələrdə öncə alınması məsələsi idi. Doğurdanda qeyd etmək lazımdır ki, problemlər və ona yanaşma da birdir. İlk növbədə bütün ölkələrdə əsas məqsəd xəstəliyin daxilolmasının qarşısının alınması idi. Birinci mərhələ ölkəyə gələnlərin yoxlanılması, karantin tədbirləri və sərhədlərin bağlanması idi. İkinci məhələdə daxildə yayılmanın qarşısının alınması idi.

Bu gün baş tutan görüşdə iştira edən bütün ölkələr bu haqda danışıb öz fikirlərini bölüşdülər. Burada başqa mövzular da müzakirə edildi. Ən əsası bütün iştirakçılar dəfələrlə vurğuladı ki, indiki dövrdə birgə fəaliyyət, birgə informasiya mübadiləsi vacibdir. Əlbəttə ki, bir görüşdə bütün bunları əhatə etmək çətindir.

Cənab Prezidentin belə bir təklifi oldu ki, Səhiyyə nazirlikləri arasında bir ekspert qurumu yaradılsın. Bütün infeksiyalara qarşı ümumi strategiya yaradılsın, bütün əsas məlumatlar, epidemioloji nəzarət, profilaktika, yeni müalicə üsulları və s. müzakirə edilsin. Bütüb iştirakçilar bu təklifi dəstəklədi və tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrupunun yaradılması qərara alınıb".


Etiketlər:  Oqtay Şirəliyev Türkdilli dövlətlərin Səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ