Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Tarix: 29 Aprel 2020 20:15

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Sonxeber.net xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:

"Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub".


Etiketlər:  Müdafiə Nazirliyi Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ