Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 22:45
Mütəxəssislər hesab edir ki, insanlar sonda koronavirusa qarşı kollektiv immunitet qazanacaq və bu, xəstəliyin fəsadlarını aradan qaldırmağa imkan verəcək. Lakin bunun üçün əhalinin demək olar ki, 97% -i virusa yoluxmalıdır.
Sonxeber.net xəbər verir ki, virusologiya professoru Aleksandr Çepurnov koronavirusa qarşı kollektiv immunitetin qazanılması üçün əhalinin 70 faizinin xəstəliyə yoluxmasının kifayət etdiyi qənaətindədir.
"Bu, çoxdur. Düşünürəm ki, 70 faiz kollektiv immunitet yaratmaq üçün yetərli olardı", - deyə ekspert əlavə edib.
Eyni zamanda, Çepurnov qeyd edib ki, bu, istənilən halda böyük vaxt və böyük itkilər hesabına baş verəcək. Odur ki, mövcud vəziyyətlə bağlı fərqli həll yolu olmalıdır. (publika.az)