Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 23:56
Bakı. Trend:
Serbiya Prezidenti gələn həftə fövqəladə vəziyyət rejiminin dayandırılmasını ehtimal edir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Alexander Vuçiç "RTS" milli televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Düşünürəm ki, fövqəladə vəziyyət növbəti həftə qaldırıla bilər. Gələn həftənin sonunda bu rejimin dayandırılmasının mümkünlüyünü istisna etmirəm", - A.Vuçiç deyib.
Xatırladaq ki, Sebiyada fövqəladə vəziyyət rejimi martın 15-dən tətbiq edilib.
Hazırda Serbiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 8724-ə, xəstəlikdən ölənlərin sayı isə 173-ə çatıb. Ölkə sərhədləri bağlanıb, komendant saatı tətbiq edilib və parlament seçkiləri təxirə salınıb.