Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 09:33
Bakı. Samir Əli - Trend:
Bakıda mənzildən külli miqdarda oğurluq edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektindəki mənzillərdən birində qeydə alınıb.
Vətəndaşa məxsus mənzilə daxil olan naməlum şəxs oradan 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və iki ədəd qol saatı oğurlayıb.
Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.