Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 18:18
Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirus infeksiyasına görə test ediliblər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq" mövzusunda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində bununla bağlı məsələ ciddi nəzarətdə saxlanılır: "Müəssisələrdə məhkumlar koronavirusa qarşı test edilib. Bu, bütün məhbuslara tətbiq edilməyib. Əsasən, hərarəti olan məhbuslar nəzarətə götürülüb. Heç bir məhbusda infeksiya aşkar edilməyib".