Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 21:20
Xiaomi və Vivo mühüm smartfon bazarına liderlik edirlər.
Vivo şirkəti ilk dəfə olaraq Hindistanın smartfon bazarında Samsung-u geridə qoyub. Məlum olduğu kimi, sözügedən ölkənin smartfon bazarı qlobal miqyasda ən böyük telefon satış mərkəzlərindən biri sayılır. "Canalys" şirkətinin hesabatına əsasən, bu ilin birinci rübündə Çin istehsalı olan Vivo smartfonları ilk dəfə olaraq Samsung-u üçüncü yerə sıxışdıraraq bazar ikincisi olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Vivo şirkəti Hindistanın smartfon bazarında 19,9% paya sahib olaraq 7,7 milyon telefon satışa çıxarıb.
Xiaomi şirkəti isə öz liderliyini qoruyub. Sözügedən kompaniya cari ilin birinci rübündə 10,3 milyon smartfon satışa çıxararaq, bazarda 30,6% paya sahib olub.
Samsung bazarda üçüncü yerə sıxışdırılıb. 6,3 milyon telefon satışa çıxaran şirkət, bazarda 18,9% paya sahibdir. Onun ardınca isə Realme və Oppo gəlir. Bu şirkətlər ardıcıl olaraq 3,9 və 3,5 milyon smartfon satışa çıxarıblar.
Bütövlükdə bu ilin birinci rübündə ölkədə 33,5 milyon smartfon satışa çıxarılıb. "COVID-19" pandemiyasına görə bu rəqəmin ilin ikinci rübündə azalacağı proqnozlaşdırılır.