Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Baş naziri koronavirusa yoluxdu

Rusiya Baş naziri koronavirusa yoluxdu

Tarix: 30 Aprel 2020 21:32

Bakı. Trend:

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib.

M.Mişustin bildirib: " İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib".

O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb:

"Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm".


Etiketlər:  Rusiya Baş naziri koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ