Tarix: 1 May 2020 12:48
“Mançester Siti”nin futbolçusu Sexio Aquero koronavirus pandemiyasının yaratdığı çətinliklərdən danışıb.
Qol.az xəbər verir ki, argentinalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məşqlərə başlayacaqları haqqında məlumatlandırıldıqlarını, ancaq matçların tarixi haqda heç nə bilmədiklərini deyib. O, oyunlara başlayacaqları təqdirdə də çətinliklərlə üzləşəcəklərini bildirib:
"Simptom göstərməyən, ancaq xəstəlik daşıyan insanlar var. Xəbərimiz belə olmadan virüsa yoluxa bilərik. Futbolçuların çoxu qorxur. Çünki uşaqları və ailələri var.
"Biri xəstələnən kimi, düşünəcəyik ki, nə baş verir? Olduqca gərgin bir vəziyyət olacaq. Ancaq ümid edirəm ki, ən qısa zamanda virusun dərmanı tapılar və bütün bunlar sona çatar”.
Qeyd edək ki, Premyer Liqanın bərpası ilə bağlı müxtəlif tarixlər göstərilir. Hətta çempionatın erkən başa çatıdırlması haqda da xəbərlər yayılıb.