Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 14:04
Qazaxıstan Premyer Liqasında 13-cü turun rəmzi komandası açıqlanıb.
Qol.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı ən yaxşı 11-likdə yer alıb.
Ötən tur “Şaxtyor”la (Karaqanda) oyunda penaltini qaytaran, həmçinin 3 dəfə komandasını real qoldan xilas edən millimizin üzvü 100 faizlik göstərici ilə (313 xal) rəmzi komandaya düşüb.
Qeyd edək ki, Balayevlə yanaşı, komanda yoldaşı Baurjan Turısbek də ən yaxşı 11-likdə yer alıb.