Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

Nazirlik: 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

Tarix: 2 May 2020 15:57

Bakı. Trend:

Müraciət zamanı xaricdə olduğu müəyyən edilən 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.


Etiketlər:  Nazirlik şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ