Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yazda dəriyə qulluq necə olmalıdır?

Yazda dəriyə qulluq necə olmalıdır?

Tarix: 2 May 2020 22:12

Bahar aylarında havaların, temperaturun birdən-birə dəyişməsi dərinin qorunma mexanizmini zəiflədir. Buna görə də bu aylarda dərimizi qorumaq, yaya hazırlamaq bizim üçün fürsət hyaranır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu dermatoloq, uzman həkim Lalə Cahangirova açıqlayıb. Dermatoloq deyib ki, qış günlərində şaxta, soyuq və küləkli havanın quruducu təsiriylə dərinin yağ ifrazatı da artır. Bununla bərabər əgər doğru vasitələrlə üzümüzü təmizləməsək, dəriyə uyğun olmayan kosmetik kremlər, Günəş qoruyucuları istifadə etsək, məsamələrin tutulmasına və sızanaqların, qara nöqtələrin əmələ gəlməsinə səbəb olarıq.

Həkimin sözlərinə görə, əmələ gələn bu dəri problemləri üçün öncə professional dəri təmizliyici olmalıdır. Düzgün dəri qulluğu proqramı tərtib edilərsə, dərinin nəm qatını qorumaq mümkündür. Professional qulluqla yanaşı evdə də həmçinin dərinin gündəlik təmizliyi və nəmləndirilməsi lazımdır. Bunun üçün düzgün vasitələr seçilməlidir. Beləliklə, mövsüm dəyişikliklərinə uyğun olaraq dərimizin adaptasiyasını yüngülləşdirməliyik.
Yağlı dərilər üçün yağ ifrazatını normallaşdıran üçün üz yuma gelləri və matlaştırıcı toniklərindən istifadə edilir. Ancaq quru dəri üçün vəziyyət daha fərqlidir. Dermatoloq qeyd edib ki, Günəşin təsiri ilə daha da quruyan dərinin üst  təbəqəsinin qorunma mexanizi azaldığından qıcıqlanma, pul-pul tökülmələr yaranır. Buna görə də quru dərinin nəmlədirilməsi çox vacibdir. Dərinin elastikliyini və bütünlüyünü qoruyan suyun dəridəki miqdarı 10%-dən çox olmalıdır. Su tərkibi azalarsa, dəri quruyur, klinik olarak pullanma, çatlama, ekzema kimi müxtəlif dəri xəstəliklərinə və infeksiyalara meylli olur.

L.Cahangirova onu da bildirib ki, nəmləndiricilərdən istifadə etməkdə məqsəd dərinin üst təbəqəsinin su tərkibini artırmaq ya da uyğun səviyədə saxlamaqdır. Bu vasitələrin tərkibinin dərinin öz təbii elementlərinə oxşar birləşmələrdən olması məsləhətdir.

Milli.Az


Etiketlər:  Yazda dəriyə qulluq necə olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ