Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 18:56
"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqqe "Real"dan icarəyə götürdükləri Xames Rodriqesin gələcəyi ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, klub rəhbəri "SportBild"ə açıqlamasında kolumbiyalı hücumçunun komandadan ayrılacağını deyib:
"Əsas qərar qəbul olunub. Xames mənə yaxınlaşdı və onu birdəfəlik almaq hüququmuzdan istifadə etməməyimizi xahiş etdi. Belə məqamlarda nəsə demək olmur. O, start heyətində oynamaq istəyir. Burda isə elə bir zəmanət yoxdur. Çox təəssüf".
Qeyd edək ki, təzminat qiyməti 42 milyon avro olan Rodriqes 2017-ci ilin yayından Münhen klubunda çıxış edirdi.