Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfon istehsalı azalaraq 7 il öncəki nəticəyə enəcək - PROQNOZ

Smartfon istehsalı azalaraq 7 il öncəki nəticəyə enəcək - PROQNOZ

Tarix: 5 May 2020 08:36

Koronavirus pandemiyasına görə smartfon istehsalı 2013-cü ildəki rəqəm qədər azalacaq. Bu il ümumilikdə 1,15 milyard telefon satışa çıxarılacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, DigiTimes mütəxəssisləri bu il smartfon istehsalının 15% azalaraq, 1,15 milyard olacağını bildiriblər.

Bu rəqəm 2013-cü ildə istehsal olunan telefonların göstəricisinə uyğundur. 2014-cü ildə smartfon bazarında telefon satışı zəif sürətlə aparılsa da, son 6 ildə bu sürət olduqca artmışdı.

Pandemiya fonunda smartfon satışı bütün istehsalçılar tərəfindən tükənəcək, amma kimin ən çox zərər çəkəcəyi hələ məlum deyil. Məsələn, Samsung artıq komponentlərin alış həcmini iki dəfə azaltdı və Apple rüb üçün bütün gəlirlərin əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırdı. Bundan əlavə, şirkət ikinci və üçüncü rübdə iPhone 11 üçün sifarişlərini də azaldıb.


Etiketlər:  Smartfon istehsalı azalaraq öncəki nəticəyə enəcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ