Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali Məhkəməyə yeni hakimlər təyin edildi

Ali Məhkəməyə yeni hakimlər təyin edildi

Tarix: 5 May 2020 11:54

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov və Elşad Şamayevin, Şirvan Apellyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.


Etiketlər:  Məhkəməyə yeni hakimlər təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ