Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

Tarix: 5 May 2020 23:24

İspaniyanın "Real" klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.


Etiketlər:  Realın sabiq vitse prezidenti koronovirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ