Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 12:34
"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun 2015-ci ildə 20 milyon funt-sterlinqə (təqribən 24.5 milyon dollar) aldığı təyyarəsi bir çox özəlliyə sahibdir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, cəmi 250 ədəd istehsal olunan "Gulfstream G200"in iki mühərriki var və saatda 900 kilometr sürətə malikdir.
4 sərnişinlə 3910 kilometr yüksəkliyə qalxa bilən təyyarədə hər cür konfort nəzərə alınıb. Tənzimləmə ilə sərnişin tutumu 10 nəfərə qədər artırıla bilən təyyarədə yataq dəsti, qardirop, internet, telefon, mikrodalğalı soba, buz dolabı və əyləncə sistemi də var.