Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizim bu təşəbbüsümüz dünya tərəfindən yüksək qiymətləndirilir''

''Bizim bu təşəbbüsümüz dünya tərəfindən yüksək qiymətləndirilir''

Tarix: 7 May 2020 16:48

Bu görüş çox əhəmiyyətli bir görüşdür. Çünki dünya siyasi gündəliyini konkret məsələlərin həllinə yönəldib və dünya ictimaiyyəti bu məsələlərin vacibliyini ön plana çəkib. Belə ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük bir qismi zəif inkişaf etmiş ölkələrdir və bu ölkələrdə pandemiya ilə bağlı vəziyyət daha acınacaqlıdır. Ona görə də bütün dünyanın səyləri lazımdır ki, həmin bu vəziyyət yaxşılaşsın. 

Bunu Sonxeber.net-a "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşü ilə bağlı danışarkən deyib.

O, Azərbaycan hökümətinin koronavirus pandemiyasına qarşı atdığı addımların Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə də layiqli qiymətini aldığını bildirib: 

"Bu addım onu göstərir ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik səlahiyyətinə formal yanaşmır. Real vəziyyəti olduğu kimi təhlil edərək müəyyən aksentlər qururuq və bizim bu təşəbbüsümüz dünya tərəfindən yüksək qiymətləndirilir. Xüsusi ilə də BMT-nin baş katibi tərəfindən, ÜST rəhbərliyi tərəfindən, digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Zirvə görüşü bu təşkilatların fəaliyyətinə də kifayət qədər xeyir gətirir və onların fəaliyyətinə yardımçı olur. Yeri gəlmişkən, ÜST sədrinin Azərbaycana ünvanladığı minnətdarlıq sözləri, onu göstərir ki, belə addımlar alqışlanır, təqdirə layiq hesab olunur və digər ölkələr üçün nümunə hesab olunur".

Təhməz Əsəd


Etiketlər:  Bizim təşəbbüsümüz dünya tərəfindən yüksək qiymətləndirilir


RƏYLƏR