Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:12
Bakı Metropoliteninin stansiyaları fəaliyyətini bərpa etmək üçün tam hazırdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metropoliten rəhbərliyi bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir:
"Hələlik metronun fəaliyyətə başlayacağı tarix barədə bizə heç bir göstəriş verilməyib. Qərar nə vaxt verilsə, həmin vaxtdan metro fəaliyyətini bərpa edəcək. Operativ Qərargah hansı qərar və şərtlər açıqlasa, həmin qaydalarla işləməyə hazırıq. Qaydalara uyğun olaraq metroda dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdiriləcək. Əgər karantin dövründə metronun fəaliyyəti bərpa olunarsa, qurumun iş prinsipi Operativ Qərargahın müəyyən etdiyi qayda və şərtlərinə uyğun qurulacaq".