Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqanın bərpa tarixini açıqladı

La Liqanın bərpa tarixini açıqladı

Tarix: 8 May 2020 11:30

Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasında mövsümün bərpa tarixi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Leqanes"in baş məşqçisi Xavyer Agirre açıqlama verib. O, oyunların iyunun 20-də başlayacağını bildirib:

"Artıq çempionatın bərpa tarixi bilinir. İyunun 20-də oyunlar başlayacaq və beş həftədən sonra - iyulun 26-da mövsümü yekunlaşdıracağıq. Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqadan elə indicə mənə rəsmi məlumat verildi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdınışıq. Sabah toplanışa başlayacağıq".

Milli.Az


Etiketlər:  Liqanın bərpa tarixini açıqladı


RƏYLƏR