Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 15:40
Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yenidən bıçaq altına uzanıb.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu barədə Aysun sosial media hesabında məlumat verib.
İfaçı şəhər xəstəxanalarının birində ayaq damarlarından "Varikoz damar genişlənməsi" əməliyyatı keçirib.
O, əməliyyatdan sonra izləyicilərinə videomüraciət ünvanlayıb: "Keçirdiyim əməliyyat plastik və estetik deyil. Ayaq damarlarının dördüncü dərəcəli xəstəliyindən əməliyyat olunmuşam".
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda xəstəxanada müalicəsini davam etdirən A.İsmayılova özünü yaxşı hiss edir.
Qeyd edək ki, müğənni iki il öncə burnunda rinoplastika əməliyyatı keçirib.