Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 11:06
"Bakı metropoliteninin fəaliyyətə başlaması ilə bağlı dizel generator stansiyaları da hazırlıqlı vəziyyətə gətirilib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qatarların hərəkəti zamanı elektrik enerjisinin verilişində problem yaranarsa və qatarlar tuneldə qalarsa, dizel generatorları hazır vəziyyətdə olacaq:
"Belə hadisə baş verərsə, dərhal "Azərişıq" ASC-i ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyətindən və enerjinin bərpa müddətindən asılı olaraq qərar veriləcək. "Azərişıq" ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel generatorların işə salınmasına baxılacaq".