Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göz gigiyenası

Göz gigiyenası

Tarix: 9 May 2020 20:36

Uzun müddət mütaliə etmək, telefon, kompüter və planşetlərdən istifadə etmək görmə qabiliyyətinə çox mənfi təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq üçün, ilk növbədə, göz gigiyenasına əməl etmək və göz idmanı ilə məşğul olmaq məsləhətdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloqu Gültəkin Məmmədovanın dediyinə görə, göz idmanı əzələlərin möhkəmlənməsinə kömək edir: "Gözün daxilində əzələlər var və onların uzun müddət eyni vəziyyətdə qalması görmə qüsurlarına aparıb çıxarır. Açıq havada olanda gözün yığılmış əzələləri boşalmış olur və uzağa baxanda göz əzələləri istirahət edir".

Həkimlərin dediyinə görə, həmin göz hərəkətlərinə mütəmadi əməl etmədikdə müəyyən problemlər baş verir: "Xəstələr çox vaxt şikayətlənirlər ki, müəyyən vaxt işləyəndən sonra başını qaldıranda uzağı dumanlı görürlər. Onlar, həmçinin gözlərdə sulanma, alın nahiyəsində ağrılardan da şikayət edirlər. Ona görə də profilaktika üçün göz idmanı etmək məsləhətdir. Məsələn, belə bir asan qayda var: 20 dəqiqə işləyəndən sonra 20 saniyə 20 addım məsafəsinə baxmaq məsləhətdir".

Gimnastik göz hərəkətlərinə yaşından asılı olmayaraq hər kəs riayət etməlidir.


Etiketlər:  Göz gigiyenası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ