Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 04:24
Bakı. Trend:
Rusiyada yeni növ koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxan hərbçilərdən 418-i Müdafiə Nazirliyinin hospitallarında, 19 hərbçi mülki xəstəxanalarda müalicə alır, 568 hərbçi izolyasiyaya yerləşdirilib, 651 hərbçi isə ev karantinində qalır.
Bildirilir ki, koronavirusa yoluxan hərbçilərdən 3 nəfərinin vəziyyəti ağır, 14 nəfərinin vəziyyəti isə orta-ağırdır.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 198 676 nəfər, koronavirusdan ölənlərin sayı isə 1 827 nəfər təşkil edir.