Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü

Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü

Tarix: 12 May 2020 09:51

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 11-i "Baku Medical Plaza"da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Bakıda yaşlı qız plastik əməliyyatda öldü


RƏYLƏR