Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 08:32
Bakı. Trend:
Nepalın Kailali və Kançanpur bölgələrində baş verən şiddətli fırtına nəticəsində ən az iki nəfər həlak olub, 37 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli qəzet "Republica" xəbər verib.
Bildirilir ki, xilasetmə əməliyyatları davam edildiyi üçün ölənlərin sayı arta bilər.
Həmçinin, bir neçə evə və infrastruktur elementlərə daşqın nəticəsində zərər dəymişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin